SON XƏBƏR

Hüquqşünas: "Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev talanla məşğuldur"

Fevral 16
14:17 2023
Hüquqşünas Əkrəm Həsənov Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev barədə ittihamlar səsləndirib.
 
Qlobal.az xəbər verir ki, Əkrəm Həsənov Tural Piriyevin şəxsi mənfəətləri naminə qanunsuzluğa yol verdiyi barədə feysbuk səhifəsində açıqlama yayıb:
 

 
 
"Bu, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevdir. Bir az əvvəl ləğv prosesində olan "AG Bank"ın Kreditorlar Komitəsinin açıq iclasının keçirilməsinə imkan vermədi. Üstümüzə polis tökdü! Niyə? Çünki bu Fond "qanuni oğru"dur. Qanun ona müflis bankları idarə edib kreditorların pulunu qaytarmağı tapşırıb, o isə sırf şəxsi mənfəətlər naminə çalışıb talanla məşğuldur. Buna görə də şəffaf deyil! Ləğv prosesində olan bütün 21 bankın kreditorlarına müraciət edir birləşməyə çağırıram. Qurultay keçirib Prezidentə müraciət edək ki, vəzifəyə kimi təyin etdiyini bilsin. Prezident ölkədə investisiya mühitini yaxşılaşdırmaq istəyir, belələri isə bunun əksinə gedir. Kreditorların hüquqları qorunmayan ölkədə iqtisadi inkişaf ola bilməz, yalnız belələrinin şəxsi varlanması ola bilər. Odur ki, İRƏLİ!
P.S. Belə vəziyyətdə Fondun binasında polis nəzarəti altında iclas keçirmək mümkün deyil. İclaslar və planlaşdırılan qurultay başqa yerdə keçiriləcək".
 
Hüquqşünasın səsləndirdiyi iddialara Əmanətlərin Sığortalanması Fondu münasibət bildirməyib.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook