Hüseyn Abdullayev barəsində yeni cinayət işi başlandı
Mart 07
20:49
2024
Sabiq deputat Hüseyn Abdullayev barəsində yeni cinayət işi başlanılıb.
APA xəbər verir ki, Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılma) maddəsi ilə ittiham olunur.
Hazırda Baş Prokurorluq tərəfindən bu işin istintaqı aparılır.
Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.