SON XƏBƏR

Hüseyn Abdullayev çirkli pulları yumaqda ittiham olunur...

Mart 11
13:34 2024
Barəsində cinayət işi açıldığına görə yenidən həbs-qətimkan seçilən sabiq deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

"AzPolitika” xəbər verir ki, keçmiş deputat deputat məhkəmədən ev dustaqlığına buraxılmasını xahiş edib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar İbrahimov baxacaq.

İş adamı, keçmiş deputat H.Abdullayev Azərbaycandan getdikdən sonra Almaniyada siyasi qaçıqn statusu alıb. O, 6 il əvvəl Türkiyədə həbs olunaraq ölkəyə gətirilib.
 
Keçmiş deputat bir neçə dəfə əfv üçün ölkə rəhbərliyinə müraciət etsə də təmin edilməyib. Onun cəza müddətinin bu ayın sonu başa çatacağı gözlənilirdi.

Amma Hüseyn Abdullayev barəsində yeni cinayət işi açılıb. O, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında (CM-in 193-1.3.2-ci maddəsi) ittiham olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook