Husilər səfərbərlik çərçivəsində 600 min döyüşçünün təlim keçdiyini açıqlayıb
Fevral 02
05:40
2024
Yəmənin "Ənsar Allah” üsyançı hərəkatından olan husilərin nəzarətində altındakı əyalətlərdə son üç həftə ərzində ən azı 600 min insan səfərbərlik çərçivəsində hərbi təlim keçib.
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çıxışı "Al Masirah” telekanalı ilə yayımlanan husilərin lideri Əbdül Malik əl-Husi bildirib.
"ABŞ və Böyük Britaniya tərəfindən yanvarın 12-də ölkəmizə qarşı başlayan təcavüz dövründə 600 min insan ümumi təlim, rəhbər heyət üçün təlim və xüsusi təlim keçib”, - o deyib. Əl-Husinin sözlərinə görə, "Ənsar Allah”ın şəxsi heyəti üçün təlim və təkmilləşdirmə tədbirləri çox vacibdir və onlar genişləndiriləcək.
Yanvarın 12-də Britaniya və ABŞ silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində, o cümlədən Səna və Hudeydada husilərin hədəflərinə ilk dəfə zərbələr endirib. Hədəflər raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin üsyançıların radar stansiyaları olub.
"ABŞ və Böyük Britaniya tərəfindən yanvarın 12-də ölkəmizə qarşı başlayan təcavüz dövründə 600 min insan ümumi təlim, rəhbər heyət üçün təlim və xüsusi təlim keçib”, - o deyib. Əl-Husinin sözlərinə görə, "Ənsar Allah”ın şəxsi heyəti üçün təlim və təkmilləşdirmə tədbirləri çox vacibdir və onlar genişləndiriləcək.
Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra "Ənsar Allah” hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əməliyyat sona çatana qədər münaqişə ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən ilin noyabr ayının ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.
Yanvarın 11-də əl-Husi tərəfdarlarının nəzarətində olan əyalətlərdə səfərbərlik elan edib.