SON XƏBƏR

İbizada saat oğurlayan mafiya üzvləri həbs edildi: Abdullayevin saatı tapılmadı

İyun 30
22:26 2019
İspaniyanın İbiza adasının polisi son vaxtlar bahalı saatların oğurlanması ilə məşğul olan cinayətkar qrupu saxlayıb.

İspaniya mətbuatı xəbər verir ki, sözügedən dəstəyə rəhbərlik edən şəxs 50 yaşlı Neapol sakinidir. Polisin verdiyi məlumata görə,  Neapoldan olan cinayətkarın rəhbərliyi altında 5 qarət həyata keçirilib. Qarət edilən saatların ümumi dəyəri isə 150 min avrodur.

Bir müddət əvvəl azərbaycanlı turistdən oğurlanan milyonluq saatın isə bu qrupa aidiyyatının olmadığı bildirilir.

Bundan başqa, yerli polis saat oğurluğunda şübhəli bilinən ərəb əsilli daha 3 nəfəri saxlayıb. Bildirilir ki, ötən həftənin çərşənbə günü turist "Vila” gecə klubundan çıxan zaman qrup üzvləri ona yaxınlaşıblar. Bu zaman qrup üzvlərindən biri turistlə söhbət edib, digəri isə anidən onun qolunu buraraq saatı oğurlayıb. Cinayətkar qrupun üzvləri daha sonra ərazidən uzaqlaşıblar.

Qeyd olunur ki, İbizada bahalı saatların oğurlanması işinə Neapol və Kalabriya mafiyası baxır. Son 7-8 ildə  onların əsas rəqibi isə fransız mafiasıdır. Bu qruplaşmaların da heyətini ərəb və əlcəzairli olan şəxslər təşkil edir.
 
(Qafqazinfo.az)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook