İcbari Tibbi Sığorta Dövlət Agentliyi 5 mln manatlıq koronavirus testi alır
Fevral 11
14:46
2022
İcbari Tibbi SIğorta üzrə Dövlət Agentliyi koronavirus (COVID-19) testlərinin və test ləvazimatlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Albatros Heltkeyr" MMC-dir.
Qalib şirkətə 4,587 milyon manat ödəniləcək.