İcma Almaniya Bundestaqının komitə sədrini təxribatçı bəyanatlardan çəkinməyə çağırıb
Avqust 31
10:37
2023
Qərbi Azərbaycan İcması Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rotun bəyanatına münasibət bildirib.
İcmadan daxil olan bəyanat mətnində deyilir:
"Almaniya Bundestaqının xarici məsələlər komitəsinin sədri Mihael Rot Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazilərini də əhatə etməsinin vacibliyi ilə bağlı bəyanat verib. İlk olaraq M.Rotdan Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bu cür təxribatçı bəyanatlardan çəkinməyi tələb edirik. M.Rotun diqqətinə çatdırırıq ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının patrul apardığı ərazilərin əksəri vaxtilə azərbaycanlıların yaşadığı və deportasiya edildiyi ərazilərdir".
Qərbi Azərbaycan İcması hesab edir ki, M.Rot Ermənistan hökumətini azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına imkan yaratmağa və Avropa İttifaqının missiyasını bu prosesə töhfə verməyə çağırmalıdır.