SON XƏBƏR

İcra başçısı əvvəllər mühəndis işlədiyi şirkətə 3.5 milyonluq tender verdi

İyun 05
18:31 2020
Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati bina tikintisi üçün müqavilə bağlanıb.

Tenderin məbləği 3 milyon 625 min manat, qalibi isə «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-dir.
 
Xatırladaq ki, Şəki Şəhər Icra Hakimiyyətinin başçısı Elxan Usubovun əvvəllər «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-də baş mühəndis vəzifəsində çalışdığı deyilir. 
 
E. Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook