SON XƏBƏR

İcra başçısı Gədəbəydə bulaq zəbt etdi: Saatda 8 min litr su satır (FOTO)

Yanvar 31
08:59 2022
Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub.

Bu barədə jurnalist Cavanşir Həsənli məlumat verib.

Jurnalist bildirib ki, keçmiş deputat və keçmiş rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni qeydiyyatdan keçirib, Gədəbəyin dağlarında özünə babat bir bulaq zəbt edib.

18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla bulağın suyunu gətirib rayonda açdığı "Daşlı Bulaq” qablaşdırma müəssisəsində qablaşdırır. Saatda nə az-nə çox 8000 litr su şüşələrə doldurulur, oradan "Bravo”, "Bazarstore” "Grandmart”, "Bizim market”, "AlMarket” şəbəkələrinə çatdırılır.
 
Qlobal.az 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook