İcra başçısı ilə Vidadi Zeynalovun “Qlobal-Aqro“ şirkəti prezidentin adı ilə sahibkarları incidir...
Dekabr 17
14:38
2018
Kürdəmirdə inşa edilən aqroparkın tikintisini başa çatdırmaq üçün rayonun idarə və müəssisə rəhbərləridən, həmçinin sahibkarlardan pul toplandığı iddia olunur
Hazırda həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun və Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun şərikli şirkəti sahibkarların istifadə etdiyi torpaq sahələrini ölkə başçısı İlham Əliyevin adı ilə istila edir. Bu barədə PİA.az- a Kürdəmirdən daxil olan məlumatda bildirilir.
Azərbaycanda 2015-ci ildə baş verən neft böhranından sonra hökumət aqrar sektorun inkişafını prioritet sahələrdən elan etdi. Bu məqsədlə ardıcıl olaraq aqrar sahənin inkişafına, innovativ layihələrə dövlət büdcəsindən böyük vəsaitlər ayrıldı.
Hökumətin aqrar sektorun inkişafına ayırdığı vəsaitlər hazırda da artan dinamika ilə davam etməkdədir. Ancaq təəssüflər olsun ki, bəzi məmurlar səlahiyyət və digər imkanlarından istifadə edərək bu sajədə də maxinasiya hallarına yol verirlər. Belə ki, aqrar sahə üzrə müxtəlif şəxslərin adlarına yaradılan, milyonluq layihələrə imza atan bəzi şirkətlərin arxasında "məmur işbirliyi" dayanır.
Belə maxinasiya hallarından biri də 2016-cı ildə Kürdəmir rayonunun Pirili kəndi ərazisində yaradılan "Qlobal-Aqro" MMC ilə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi arasında baş verib.
Kürdəmir rayon sakinlərinin PİA.az-a verdikləri məlumata görə 2000 hektar sahədə yaradılan proyektin arxasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalov və onunla bu işdə şərik olan Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov dayanır.
Kürdəmirdə bir neçə mənbədən aldığımız məlumata görə "Qlobal-Aqro" MMC-yə məxsus olan və 2000 hektar ərazidə yaradılan aqroparka ayrılan dövlət vəsaitləri əslində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və Vidadi Zeynalovun digər şərikləri tərəfindən mənimsəyərək sabiq aparat rəhbərinin dövlətə vurduğu milyonlarla zərərin bir hissəsini ödənilməsinə yönləndirilib.
Qeyd edək ki, 2017-ci ilin iyun ayında Vidadi Zeynalovun vəkili Elxan Süleymanlı mətbuata müdafiə etdiyi şəxsin ailəsinin yaşadığı mənzilin satıldığını və dövlətə 2 milyon 200 min manat ödəniş edildiyi barədə açıqlama vermişdi. Ancaq digər yerli mətbuat orqanları həmin vaxt vəkilin qeyd etdiyi evin məhz sabiq Aparat rəhbərinin yaxınları tərəfindən formal olaraq alındığını, evdə yenə də Vidadi Zeynalovun ailəsinin yaşadığını yazdılar.
Apardığımız araşdırma zamanı məlum olub ki, "Qlobal-Aqro" MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin sahibi İmişli şəhəri, Ağamalıoğlu, ev 2, m. 51 ünvanında yaşayan Hüseynov Natiq Səyyaf oğludur. Adı çəkilən şəxsin Ceyhun Cəfərovla, Vidadi Zeynalovun şəriki olan bir iş adamının işçisinin sinif yoldaşı olduğu bildirilir.
Hazırda "Qlobal-Aqro" MMC-nin dənli bitkilərinin saxlanılması üçün 27 min tonluq anbarının tikintisi aparılır. PİA.AZ-a verilən məlumata görə Aqroparkın layihəsinə dövlət büdcəsindən ayrılan pullar rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və şərikləri tərəfindən mənimsənildiyinə görə layihənin tikintisi rayon idarə və müəssisələrinin müdirlərindən toplanan pullar hesabına tikilir. Həmçinin, ərazidəki sahibkarların istifadə etdikləri torpaq sahələri də ölkə rəhbərinin adından istifadə edərək mənimsənilir.
Məlumatda qeyd olunur ki, bu layihədə digər "gözəgörünməz" şərik isə radikal müxalifət partiyası AXCP-nin sədri Əli Kərimliyə çox yaxın adamlardan biri olan Hacı Ədalət adlı şəxsdir. Kürdəmir rayonunda hər kəs Hacı Ədalətin AXCP sədri Əli Kərimliyə yaxın olduğunu yaxşı bilir.
Əldə etdiyimiz məlumata görə icra başçısı Ceyhun Cəfərov Hacı Ədalətlə olan yaxın münasibətə görə onun bacısı oğlu Natiq Kərimovu Kürdəmir rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə iş Şöbəsinin müdiri təyin edib.
Onu da qeyd edək ki, Kürdəmir rayonuna yaxın günlərdə səfəri gözlənilən ölkə başçısının adından aqroparkın tikintisi zamanı sui-istifadə edildiyi, ərazidə fəaliyyət göstərən digər sahibkarlara təzyiqlər edildiyi deyilir.
Araşdırmamız davam edir...
Yazıda adı keçən qurumların və vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq...

Qeyd edək ki, Vidadi Zeynalov və Ceyhun Cəfərov qohumluq bağları var və bu layihə ikilinin heç də ilk şərikli biznesi strukturu deyil. Yerli mətbuatın yazdığıına görə Vidadi Zeynalovun və Ceyhun Cəfərovun çoxlu sayda şərikli biznes strukturları mövcuddur və iddialara əsasən Vidadi Zeynalovun əmlakına həbs qoyulduğu zaman sabiq aparat rəhbərinin biznes strukturunun böyük bir hissəsini məhz Ceyhun Cəfərov xilas edib.

Qlobal.az