İcra başçısı karantində oğluna toy etdi (FOTO)
İyul 17
10:15
2020
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy edib.
Qlobal.az xəbər verir ki, Axar.az-a daxil olan məlumata görə, karantin müddətində toy etməkdən vaz keçməyən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib.
Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.
Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışdığı barədə mediada məlumat yayılıb.
***
Ötən gün gecə saatlarında bəzi xəbər saytlarında Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turalın ölkədəki pandemiya şəraitinin əleyhinə olaraq toy mərasimi təşkil etməsi barədə xəbər yayılıb. Moderator.az-ın əməkdaşı yayılan xəbərin nə dərəcədə həqiqiəti əks etdirib-etdirimədiyini öyrənmək üçün rayonun icra hakimiyyətinin başçısı Vidadi İsayevlə əlaqə saxlayıb. V. İsayev xəbərin həqiqəti əks etdirmədiyi və kimlərinsə təxəyyülünün məhsulu olduğunu bildirib: "Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər".
Qlobal.az