İcra başçısı qaynanasının adına subsidiya aldığını təsdiqlədi: “Belə məsələlər telefonla həll edilmir, gəlin bura”
Fevral 26
23:35
2019
Ötən gün bir sıra saytlarda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qaynanası 80 yaşlı Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya alması haqda məlumatlar yayılıb.
Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayıb…
"Bu, dövlət torpağıdır. Hər kəsin hüququ var ki, torpağı götürüb əksin. Doğrudur. İstəsəniz, özünüz də gəlib burda araşdırma edə bilərsiz. Belə məsələlər telefonla həll edilmir”, – deyə cavab verib.
(Bizimyol.info)