İcra başçısı qəbuluna gələn qazini cərimələtdi - Beyləqanda nə baş verib?
Dekabr 13
15:34
2024
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdan ona verilən evi tələb edən qazi cərimə edilib.
Qaynarinfo-nun məlumatına görə, 1996-cı il təvəllüdlü Beyləqan rayon sakini Adəm Məmmədxanlıya İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib.
Belə ki, Beyləqan İcra Hakimiyyətinin sabiq başçısı Asif Ağayev müharibə iştirakçısı olan Adəm Məmmədxanlını Beyləqan şəhərində müvəqqəti yaşamaq üçün yataqxanada evlə təmin edib. 2023-cü ilin yanvar ayında Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev həmin mənzilin açarını qaziyə müvəqqəti yaşamaq üçün təqdim edib. Adəm Məmmədxanlı kredit götürərək həmin yataqxananı təmir etdirib və anası ilə sözügedən mənzildə yaşayıb.
Müharibədə aldığı travmalara görə müalicə almaq üçün Adəm Məmmədxanlı bir müddət Bakıda yaşamalı olub. Bir neçə gün əvvəl Bakıdan Beyləqandakı mənzilə gedib. Amma mənzilin başqa bir müharibə iştirakçısına verildiyini görüb.
Baş verən hadisə ilə bağlı Adəm Məmmədxanlı 11 dekabr tarixində Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbuluna gedib və problem barədə məlumat verib. Bu zaman icra başçısı ilə aralarında mübahisə yaranıb və əsəbi vəziyyətdə başçının qəbul otağından çıxaraq, səs-küy salıb.
Həmin qəbuldan foto
Adəm Məmmədxanlı barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.
Adəm Məmmədxanlı məhkəmədə bildirib ki, icra başçısından dövlət tərəfindən ona veriləcək məzillə təmin olunana qədər sözügedən yataqxanadakı mənzilin verilməsini tələb edib. Həmçinin iddia edib ki, şəhərin bələdiyyə sədri Novruz Quliyev onun Bakıda müalicədə olmasından istifadə edərək yaşadığı evi başqa bir adama verib.
Məhkəmənin qərarı ilə Adəm Məmmədxanlı 100 manat məbləğində inzibati qaydada cərimə edilib.
Beyləqan şəhər bələdiyyəsinin sədri Novruz Quliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən yataqxanadakı mənzili Adəm Məmmədxanlıya vermək üçün iş aparılır:
"Həmin yer yataqxanadır. Orada 12 kvadratlıq otaq Adəm Məmmədxanlıya anası ilə yaşamaq üçün verilmişdi. Bakıda olduğundan həmin mənzil başqa bir müharibə iştirakçısı tərəfindən zəbt edilib. Hazırda qazinin evlə təmin olunması üçün müvafiq qurumlarla iş aparılır".
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun köməkçilərindən biri olan Hikmət Əsgərli isə onda bu barədə məlumat olmadığını deyib.

Qlobal.az