SON XƏBƏR

İcra başçısından şəffaf addım: 97 minlik tender ləğv edildi

Avqust 10
12:49 2021
Saatlı rayon İcra Hakimiyyəti "Saatlı şəhəri ərazisində küçə, park və şəhidlər abidə-xatirə kompleksində 2021-ci ildə görüləcək abadlıq-təmir işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu tenderi ləğv edib.
 
Qlobal.az xəbər verir ki, icra hakimiyyətinin sifarişçi olduğu 97.850 manat məbləğində olan tenderin qalibi "Nəcəf-2017" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) idi.
 



 
Satınalmanın ləğv edilməsinə səbəb kimi qalib elan edilən "Nəcəf-2017" MMC-nin digər sənədlərində uyğunsuzluqların aşkar olunması göstərilir. 
 
Qeyd edək ki, "Nəcəf-2017" MMC-nin satınalmada qalib elan edildiyi gün vergi borcu 1123 manat təşkil edib. 
 
 
 
"Nəcəf-2017" MMC 2017-ci ilin avqust ayında dövlət qeydiyyatına alınıb. 
 
Şirkətin nizamnamə kapitalı 5 manat, qanuni təmsilçisi isə Abuzərov Nəcəf İsrayıl oğludur. 
 
Xatırladaq ki, Saatlı rayon İcra hakimiyyətinin başçısı Elmir Bağırovdur. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook