İcra başçısının müavini yüksək vəzifəyə gedir? - VİDEO
İyun 25
11:01
2023
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyevanın yüksək vəzifəyə təyinatı gözlənilir.
Qlobal.az-ın əldə etdiyi məlumatda icra başçısının müavininin Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri üzrə şöbəsində məsul vəzifəyə təyin ediləcəyi iddia edilir.
Gülarə Verdiyeva 2013-cü ilin noyabr ayından Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin, 2017-ci ilin fevral ayından isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində işləyir.
Xatırladaq ki, Gülarə Verdiyevə ölkə ictimaiyyətinə 2010 parlament seçkilərindən tanışdır. O zaman parlament seçkilərində G.Verdiyeva 22 saylı Nəsimi seçki dairəsindən deputatlığa namizəd idi. G.Verdiyeva namizd kimi tv-də etdiyi çıxış geniş müzakirələrə səbəb olmuşdu.
Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyətindən mövqe öyrənə bilmədik.

Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.az