SON XƏBƏR

İcra Hakimiyyəti nin 32 milyon manatlıq tenderlərini bu şirkətlər qazandı

İyul 10
11:27 2020
Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlıq-quruculuq işlərininin aparılması (1), eləcə də xüsusi geyim formasının satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Ərdagı” və "LK Machinery" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 3,175 milyon manat və 28,476 milyon manat, ümumilikdə isə 31,651 milyon manat ödəniləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook