SON XƏBƏR

İcraçı direktor Moskvada saxlanıldı

Mart 15
00:08 2018
Avropa Liqasının 1/8 finalının "Lokomotiv”lə keçiriləcək cavab qarşılaşması üçün Moskvaya gələn "Atletiko” problemlə üzləşib.

Qaynarinfo xəbər verir ki, "Atletiko”nun icraçı direktoru Migel Anhel Hil Marina Moskva aeroportunda saxlanılıb. O, gömrük yoxlamasından keçərkən pasportunu tapa bilməyib.

İcraçı direktorun pasportunu harda itirdiyi məlum deyil. Təyyarəyə baxış keçirilsə də, pasport tapılmayıb. Sənədlə bağlı problem həll olunana qədər, o, aeroportda qalmalı olacaq.

"Lokomotiv” - "Atletiko” oyunu martın 15-də keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook