SON XƏBƏR

İctimai fəaldan nazirə suallar: Kənd Təsərrüfatı Nazirliyində böyük fırıldaq

May 04
13:02 2021
Nazir İnam Kərimova çətin suallar

"Aqrar Tədarük və Təchizat" ASC bu gün 138738.5 manatlıq printer kartrici alıb. 

Bunu ictimai fəal Bəxtiyar Hacıyev yazıb.

O, sosial şəbəkədə nazirə açıq suallar ünvanlayıb: 

- Hörmətli İnam Kərimov müəllim, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC ayrıca mətbəə açmayıbsa və sirr deyilsə, neçə printer üçün hansı model və neçə ədəd kartric alındığını öyrənmək imkanımız varmı? 

- Bir də mümkün olsa, 12 nəfərin işlədiyi yazılan Cəlilabad Bölgə Təcrübə Stansiyasında söküntü işləri üçün 95314 manat, hasar çəkilməsi və yaşıllıq üçün 189769 AZN-lik tenderlər barədə də məlumat ala bilərikmi? 12 nəfərin oturduğu 2 mərtəbəli binanı tam söküb, yenidən tikmək heç 285 min manat tutmaz, söküb hasarlamaq niyə belə baha çıxıb?
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook