“İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin müəmmalı tender
İyul 20
14:29
2022
"İctimai Səhiyyə və İslahatlar Mərkəzi” tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "Orıon MS” MMC (VÖEN- 1307660041) olub.
"İctimai Səhiyyə və İslahatlar Mərkəzi” məktəbli uşaqlar, müəllimlər və valideynlər üçün sağlam həyat tərzinə dair mobil tətbiqin və internet platformanın yaradılması və ödəniş modulu ilə sınaq imtahanlarının keçirilməsi üçün onlayn sorğu internet portalının yaradılmasına görə qalibi "Orıon MS” MMC-yə 30 min 850 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, 31 min manatlıq tender müsabiqəsinin qalibi olan "Orıon MS” MMC tender elanından təxminən 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.
"İctimai Səhiyyə və İslahatlar Mərkəzi” tender elanını 17.06.2022-ci il tarixində elan edib. Qalib şirkət isə 08.04.2022-ci il tarixində qeydiyyata alınıb.
Maraqlıdır ki, cəmi 2 ay əvvəl yaranan şirkət dövlət qurumuna ixtisas və təcrübə tələb edən İKT xidmətləri göstərəcək.
Onu da qeyd edək ki, cəmi 3 ay əvvəl yaranan bu şirkət artıq 3 tenderin qalibi olmağı bacarıb. İlk tender müsabiqəsini dövlət qeydiyyatına alındıqdan cəmi 14 gün sonra qazanıb. "Orıon MS” MMC son 3 ayda Ədliyyə Nazirliyinin 14 min 21 manatlıq və Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin 14 min 445 manatlıq tenderlərini udub.
Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün cəmi 2-3 ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Nizamnamə kapitalı 10 manat olan "Orıon MS” MMC-nin hüquqi ünvanı "Yasamal rayonu, H.Q.Mustafayev, ev 11”-də yerləşir. Qanuni təmsilçisi isə Kərimova Qənirə Məzahim qızıdır.
Maraqlı məqamlardan biri də odur ki, son bir il ərzində "Orıon MS” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda 200-ə yaxın şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
Cəmi 8 ay ərzində "Yasamal rayonu, H.Q.Mustafayev, ev 11” ünvanda qeydə alınan şirkətlər bunlar olub:
Qlobal.Az