SON XƏBƏR

İdarə rəisindən yeni revanş: Nazirə qalib gələ biləcəkmi?

Noyabr 23
23:53 2021
1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Dövlət Xəzinədarlıq Agentliyinin rəhbəri olmaq uğrunda mübarizəyə başlayıb

Ötən həftə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Həmin Fərmana əsasən Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi ləğv edildi və onun funksiyaları Nazirliyin Aparatına verilməklə bərabər, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin əsasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi yaradıldı.

AzToday.az-a daxil olan məlumata görə prezident İlham Əliyevin Maliyyə Naziliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin yaradılması haqqında Fərmanına ən çox sevinən məmur 1 saylı Xəzinədarlıq İdarəsinin rəisi Nadir Qarayev olub.

Belə ki, uzun müddətdir Maliyyə Nazirliyi yanında müstəqil Dövlət Xəzinadarlıq Agentliyinin yaradılmasını intizarla gözləyən Nadir Qarayev adı çəkilən qurumun rəhbəri olmaq istəyi ilə "alışıb yanır”.
 
Məlumatda bildirilir ki, prezidentin Dövlət Xəzinadarlıq Agentliyinin yaradılması ilə bağlı verdiyi Fəmnadan dərhal sonra Nadir Qarayev və havadarları hərəkətə keçiblər. Çünki adı çəkilən qurumun rəhbərliyinə Maliyyə Naziri Samir Şərifovda öz kadrını gətirtmək istəyindədir. Məhz buna görədə nazir müavini Azər Bayramov və Nadir Qarayev bütün əlaqələrini işə salmaqla rəqiblərini zərərsizləşdirmək istəyirlər.

Nazirlikdəki mənbənin iddasına görə Nadir Qarayevin Dövlət Xəzinadarlıq Agentliyinin rəhbəri vəzifəsinə təyin edilməsi yaxın bir-iki həftədə gerçəkləşə bilər. Bunun üçün Maliyyə naziri Samir Şərifovun da ona "xeyir dua” verməsi lazımdı. Mənbə qeyd edir ki, "Nadir Qarayevin dostları və himayədarları çox güman ki, Samir Şərifovu razı sala biləcəklər və o zaman onun arzusu gerçəkləşəcək.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook