SON XƏBƏR

İdarəçi direktor: TAP ətraf mühitə mənfi təsir göstərmir

Avqust 04
00:29 2017
Azərbaycan qazını Avropaya nəql edəcək Transadriatik boru kəməri (TAP) ətraf mühitə mənfi təsir göstərmir.
 
Bunu Trend-ə layihənin tikintisi üzrə konsorsiumun idarəçi direktoru Luka Şippati deyib.
 
Onun sözlərinə görə, layihə çərçivəsində müasir texnologiyalardan istifadə boru kəmərinin keçəcəyi ərazinin xüsusiyyətlərini maksimum şəkildə öyrənməyə imkan verir.
 
İcraçı direktor qeyd edib ki, ətraf mühit və sosial aspekti əhatə edən TAP investisiya planı yerli və regional inkişaf üçün əhəmiyyətli imkanlar yaradır.
L.Şippati bildirib ki, konsorsium Apuliya (İtaliya) regionunda turizmin inkişafına dəstək göstərməyə hazırdır.
 
Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq.
TAP Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşəcək.
 
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
 
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook