"İdarəetmədə icra hakimiyyəti və Prezidentin xüsusi nümayəndəliyi var, birini seçməliyik" - Siyavuş Novruzov
Oktyabr 02
14:40
2023
Azad olmuş ərazilərdə yerli özünüidaretmə sisteminin tətbiqi formalarını fikirləşməliyik.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Deputat qeyd edib ki, azad olunmuş ərazilərdə artıq kəndlər birləşir: "Xocalıda, Ağdərədə bələdiyyə sisteminin formalaşması üçün biz qanunvericilikdə dəyişikliyə getməliyik. Bizdə idarəetmədə icra hakimiyyəti və Prezidentin xüsusi nümayəndəliyi var. Bunun effektivliyi ortaya çıxandan sonra ikisindən birini seçməliyik. Bələdiyyələrlə bağlı 28-ə qədər qanuna dəyişikliklər qəbul edilib. Bunu artıq Məcəllə şəklində qəbul etməliyik. Qarşıdan seçkilər gəlir. Seçkilərə qədər bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişiklik etməliyik. Çünki bəzi müddəalar artıq qüvvədən düşüb. Biz bələdiyyələrlə bağlı qanunvericiliyi qəbul edilmiş "Siyasi partiyalar haqqında” qanuna uyğunlaşdırmalıyıq”.