İDDİA: Musa peyğəmbər Qırmızı dənizi ikiyə bölməyib – Tövratın tərcüməsində SƏHV OLUB
Oktyabr 10
19:03
2016
Həzrəti Musanın əsasını göyə qaldırıb Qırmızı dənizi ortadan ikiyə böldüyünü izah edən Tövrat hissəsinin əslində elmə dayandığı xəbəri yayılıb.
Çox insan bu hadisənin yaşanmadığını, bunu Tanrı qüdrətinin simvolu olaraq görsə də, vəziyyət daha da qəliz görünür.
Araşdırmalar göstərir ki, həmin bölgədə İsrail və Misir ordusuna aid bir çox ayaq izi və müxtəlif qalıqlar mövcuddur. 1978-ci ildə aparılan araşdırmalar nəticəsində bu bölgədəki su yataqlarının dibində döyüş arabalarına belə rast gəlinib.
Musanın qüdrətli əsasının həqiqətən dənizi ortadan ikiyə ayırması naməlumdur, amma mövzuyla əlaqədar bir nəzəriyyə var ki, bu, son dərəcə inandırıcıdır.
Alim Karl Drevsə görə, Musanın Qırmızı dənizi yardığı məlumatı Tövratın tərcüməsindəki səhvdən qaynaqlanır. Onun fikrincə, Musa peyğəmbər əslində Qırmızı dənizi yox, bir gölü iki yerə bölüb.Antik şəhər Tanisin yaxınlığında, Qırmızı dənizə yaxın sayılan bu göl, nadir görülən şiddətli küləkdən ikiyə bölünmüş və içindən gediləcək bir keçid meydana gətirib. Yəni İsrail və Misir ordusu Qırmızı dənizdən yox, bu göldən keçib.
Bu təbiət hadisəsinin sürəti 120 km olan küləklərin səbəb olduğu bildirilir. (publika.az)
Qlobal.az