"İdeal"ın keçmiş sahibi: "Həbsxanada məcburi imza atdırıb, biznesimi əlimdən aldılar"
Aprel 23
05:14
2020
Azərbaycanın aparıcı banklarından olan "Premium bank"ın (keçmiş "SW Bank") rəhbərliyinin adı böyük biznes qalmaqalda hallanır.
Ölkənin ən böyük kosmetika mağazaları şəbəkəsi olan "İdeal Kompani MMC"nin qurucusu və keçmiş sahibi İlqar İsmayılov, biznesinin onun əlindən məcburən alındığını bəyan edərək, bu işdə "Premium" bankın rəhbərliyini ittiham edib.