SON XƏBƏR

İdman jurnalistlərindən Bəhram Bağırzadəyə tələb: "Üzr istəsin"

Sentyabr 17
23:47 2016
Bir neçə gün əvvəl "Neftçi” PFK Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə öz "feysbuk" səhifəsi vasitəsilə bəyanat yaymış, azad idman mediasının ünvanına yersiz ittiham və ifadələr işlətmişdi. 

Qaynarinfo.Az xəbər verir ki, bu üzdən bir neçə idman saytı aşağıdakı bəyanatı yayıb:

"Sözügedən bəyanatın ağır məğlubiyyət sonrası yazıldığını, hisslərin soyuq başla düşüncəyə güc gəldiyini nəzərə alaraq gözləməyi, klub rəsmisinin sözlərinə düzəliş edəcəyi, üzr istəyəcəyini düşündük. Ancaq hələ də heç bir dəyişiklik yoxdur.

Bu səbəbdən də bu bəyanata qoşulan KİV-lərin nümayəndələri olaraq Bəhram bəyin diqqətinə çatdırırıq: "Komandanın uğursuz nəticələrinin mətbuatın üzərinə yıxılması özü-özlüyündə absurddur. Bəyanatınızda ümumiləşdirərək dediyiniz rüşvətxor media ifadəsinə görə isə üzr istəməyinizi gözləyirik. Aşağıda adları qeyd olunan media nümayəndələri olaraq 3-5 nəfərin hərəkətinə görə adımızın ləkələnməsinə yol verə bilmərik. İfadələrinizdə konkret kimləri, ümumiyyətlə rüşvət dedikdə nəyi nəzərdə tutduğunuzu açıqlamağınız da gərəkdir. Çünki ovaxtkı verilənlər rüşvət idisə, sizin də təmsil olduğunuz rəhbərliyin hazırda etdiyi nədir? Siz "Neftçi” üçün stadionlardan çəkilməyən, yay-qış, isti-soyuq demədən oyunlarda, müxtəlif tədbirlərdə iştirak edərək işini vicdanla görənlərin əziyyətini yerə vurur, jurnalist fəaliyyətini görməzdən gəlirsiniz. Hisslərin güc gəldiyi bəyanatın soyuq başla izahı və üzrxahlığınızı eşidəcəyimizə, bununla aramızdakı narazılıqların daha da böyüməsinə imkan verməyəcəyinizə inanırıq”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook