SON XƏBƏR

İdmançıdan beynəlxalq yarışa qatılmaq üçün pul istəyirlər

İyun 13
23:57 2016
İdmançılarımız maliyyə baxımından təmin olunmurlar.

Kunfu və Sanda üzrə Azərbaycan çempionu Həmidə Rüzgari Moskvada keçiriləcək Dünya çempionatına iştirak etməyə bilər. ANS-in məlumatına görə, buna səbəb idmançının maliyyə probleminin olmasıdır.
 
Ölkə çempionun sözlərinə görə, Kunfu və Sanda federasiyası idmançıların Moskvaya göndərilməsi üçün təxminən, 900 manata qədər pul istəyir. Həmin pula təyyarə bileti və oteldə qalmaq daxildir. Maraqlıdır, görəsən hansı kateqoriyaya görə federasiya idmançıları beynalxalq turnirə yola salır?

 
 
Həmidə Rüzgarinin kuboku və diplomu

Kunfu və Sanda üzrə federasiya prezidenti Barat İsrafilov bütün işi klubların üstünə atır. Onun sözlərinə görə, idmançıların çıxış etdiyi klublar onların beynalxalq turnirdə iştirak etməsini təmin etməlidir. O, qeyd edib ki, Federasiyanın maliyyə problemləri olduğu üçün onları təmin edə bilmir. Dünya çempionatında kunfu və sandaçılarımız çıxış etdiyi klubları yox, məhz Azərbaycanı təmsil etməklərinə baxmayaraq federasiya rəsmisi vurğulayıb ki, idmançıların bütün xərclərini klublar ödəməlidir, yaxud idmançının şəxsi sponsoru olmalıdır:
 
"Hansı idmançını klub maliyyələşdirirsə, həmin adam da çempionata gedir. Nazirlik 5-6 idmançıya kömək edir, qalanlarına isə federasiya mümkün olduğu qədər köməklik edib, yola salır. Turnirə pulsuz gedən idmançı yoxdur. Əvvəl nazirlik 11 idmançıya köməklik edirdi. Bu dəqiqə demək olar ki, bütün federasiyalarda imkan yoxdur. Federasiyalardan klublara məktub yollanır ki, seçdiyimiz idmançılara sponsorluq edin, turnirə göndərək. Federasiyalar tək özü sponsorluq edə bilmir”. (Azadlıq.info)
 
Qlobal.az









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook