İdmanımızda dopinqlərlə mübarizə aparılırmı?
Mart 31
10:14
2016
Dünyada əksər idman növlərinin
korrupsiyaya uğraması artıq hamıya məlumdur. Dövlətlərin idmanda korrupsiyaya
qarşı apardığı mübarizə bəzən yalnız görüntü xarakteri daşıyır. Müasir dünya
idmanının korrupsiyadan başqa daha bir bəlası isə dopinqlərdir.
Ötən il isə Azərbaycanda keçirilən birinci Avropa Oyunları zamanı 400-dən çox idmançının meldoniy qəbul etməsi barədə xəbərlər yayılmışdı. Xəbəri dünyanın ən ciddi tibbi jurnalının (BJSM) tədqiqatına istinadən "Reuters” xəbər agentliyi yaymışdı.
Bir müddət öncə dünyanın ən məhşur tennisçilərindən olan Mariya Şarafova da dopinqdən istifadə etdiyinə görə idmandan ömürlük uzaqlaşdırıldı.
Önəmli bir məqamı qeyd edək ki, orqanizmi gücləndirən yarıtəbii preparat sayılan meldoniy preparatı bu ilin yanvar ayının birindən dünyada qadağan olunub. Bu vaxta qədər isə dünyanın bir çox dövlətlərində istifadəsinə üstünlük verilirdi.
Qeyd edək ki, Ümumdünya anti-dopinq
təşkilatının hesabatına görə, dünyada dopinqdən ən çox Rusiya idmançıları
tərəfindən istifadə olunur. Hələ ötən il təşkilatın Rusiyada apardığı
yoxlamalar nəticəsində 1400-dən artıq qan nümunələrində dopinq aşkarlanmışdı.
Ancaq sonradan bu nümunələrin Rusiya məxfi xidməti (FSB) tərəfindən məhv
edildiyi deyildi.
İdmanda dopinqin ən çox yayıldığı
sahə yüngül atletikada futbol, ağır atletikada isə ağırlıqqaldırmadır.siya
İdman naziri Vitali Mutko WADA komissiyasının hesabatı ilə razılaşmır.
2013-cü ildə Albaniyada
keçirilən qitə çempionatında medal qazanmış 5 idmançımıza dopinq ittihamı irəli
sürülmüşdü. Sonradan bu ittihamların isbatlanması nəticəsində mükafatlardan
məhrum olan idmançılarımız 4 ilədək diskvalifikasiya olundular. Ancaq cərimələr bununla yekunlaşmadı. Azərbaycan Ağır Atletika Federasiyası 500 min avroya kimi cərimələndi. Dünya idman
ictimaiyyətində biabır olmuş AAAF-na kəsilən cərimə əlbəttə ki, dövlətin büdcəsindən
ödənildi.
Ötən il isə Azərbaycanda keçirilən birinci Avropa Oyunları zamanı 400-dən çox idmançının meldoniy qəbul etməsi barədə xəbərlər yayılmışdı. Xəbəri dünyanın ən ciddi tibbi jurnalının (BJSM) tədqiqatına istinadən "Reuters” xəbər agentliyi yaymışdı.
O
zaman aparılan tədqiqat tədqiqat
zamanı məlum olmuşdu ki, yarışlarda iştirak edən 6 min idmançıdan meldoniy qəbul
edənlər arasında 13 medalçı və yarışların əksər qalibləri var. Daha 66 nəfərdə isə həkimlər müsbət testlər
aşkar etmişdilər. (ANS.tv)
Bir müddət öncə dünyanın ən məhşur tennisçilərindən olan Mariya Şarafova da dopinqdən istifadə etdiyinə görə idmandan ömürlük uzaqlaşdırıldı.
Önəmli bir məqamı qeyd edək ki, orqanizmi gücləndirən yarıtəbii preparat sayılan meldoniy preparatı bu ilin yanvar ayının birindən dünyada qadağan olunub. Bu vaxta qədər isə dünyanın bir çox dövlətlərində istifadəsinə üstünlük verilirdi.
Dopinq problemi ilə bağlı araşdırmalarımız zamanı daha bir maraqlı məlumat
əldə etdik. Məlumata görə, dünyada, xüsusən də postsovet ölkələrində əksər
idmançılar tərəfindən mütəmadi olaraq dopinqlərdən istifadə olunur. Bir çox
hallarda isə bundan idman fedarasiyalarının xəbəri olur. Qeyd olunur ki,
idmançılar dopinqlərdən xüsusi həkimlərin tövsiyə etdikləri reseptlər əsasında
və müəyyən edilmiş dozalarda qəbul edilir. Hətta iddia olunur ki, fedarasiyalar
dopinq məsələsində çox vaxt hüquqi təşkilatlarla "anlaşırlar”. Məlumata görə,
bu ölkələrdə ən çox dopinq istifadə olunan sahə isə Ağırlıqqaldırma və Velosiped
İdmanı federasıyalarındadır.
Bəs Azərbaycanda vəziyyət necədir?
Qeyd edək ki, respublikamızda da idmanın şəffaflığı, neqativ halların
aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür. Gənclər və İdman
nazirliyinin nəzdində "Dopinqə qarşı mübarizə sektoru” fəaliyyət göstərir. Ölkə
idmanının dopinq bəlasından necə qorunmağı və aparılan mübarizənin üsulları ilə
bağlı Gənlər və İdman Nazirliyinə etdiyimiz zənglərə (465 62 76) (465 84
25) iş günü olmasına baxmayaraq cavab
verən olmadı.
Mövzunu diqqətdə saxlayacağıq.
Qlobal.az