SON XƏBƏR

İdxal bahalandıqca, saxta mal istehsalı artır

Sentyabr 09
00:51 2016
Vergilər nazirliyi Bakıda saxta kimyəvi yuyucular istehsal edən sex tutub. Bu xırda sahibkar həm istehsal edirmiş, həm də qablaşdırıb, dükanlara paylayırmış.
 
"FRESH” və "ONEX” adı ilə 
 
Son iki ildə xaricdən mal gətirmək bahalanandan sonra Azərbaycan daxilində saxta istehsallar çoxmu artıb?
 
Məsələnin başqa tərəfi, əgər azərbaycanlı iş adamı belə istehsal edib, qablaşdırıb, sata bilirsə, elə öz adı ilə niyə istehsal etmir?
 
Məsələn, dərman şirkətlərinin istehsal etdiyi elə özlerinin icad etdiyi dermanlar deyil ki, məşhur dərmanların tərkibini azca deyişib başqa adla istehsal edirlər
 
"DƏRYADA BİR DAMLA”
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, saxta malların bazarda özünə geniş yer tapmasının əsas səbəbi odur ki, sahibkarlar üçün toxunulmaz şərait yaradılıb, onların fəaliyyətini yoxlamaq qadağan edilib:
 
"Bu məsələ dəryada bir damladır. Ümumiyyətlə Azərbaycanda satılan malların təxminən 20-25 faizi saxtadır. Bunun da əsas səbəblərindən biri budur ki, dövləti insanlar yox, qanunlar idarə edir və mövcud olanı yerinə yetirən dövlət orqanlarının fəaliyyəti çox bərbad bir vəziyyətdədir.
 
6 aydan yuxarıdır ki, sahibkarlar üçün toxunulmaz bir şərait yaradılıb. Sahibkarlar bu vəziyyətdən sui-istifadə edirlər. Onun qiymətini bilmirlər.
 
Azad İstehlakçılar Birliyinə gələn şikayətlərin təhlili göstərir ki, bazar həddindən artıq çox insan orqanizmi üçün təhlükəli mallarla zənginləşir. Və heç bir dövlət orqanının yoxlamaq ixtiyarı yoxdur.
 
Azad İstehlakçılar Birliyi isə öz gücü ilə nə edə bilirsə edir. Qalan məsələləri dövlət orqanlarına göndərəndə birmənalı cavab alırıq ki, get məhkəməyə müraciət elə. Belə çıxır ki, iqtisadiyyat nazirliyinin ştatına oturan 144 əməkdaşı, Standartlaşdırma və Patent üzrə dövlət agentliyinin 50-yə yaxın əməkdaşı boş yerə dövlətdən maaş alırlar.
 
Yəni bazarın monitorinqini aparmaq, saxta malı üzə çıxarmaq, istehlakçı hüquqlarını qorumaq məsələsi dövlət orqanları tərəfindən 0 vəziyyətdədir”…. (azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook