"İjevskdəki məktəbə hücum terror aktıdır" - Kreml
Sentyabr 26
15:07
2022
Kreml İjevskdəki məktəbə silahlı hücumu terror aktı kimi qiymətləndirib.
"Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bildirib.
O, dövlət başçısı V.Putinin hadisədən kədərləndiyini söyləyib.
"Baş verənlər qeyri-insani hadisə, terrordur” - D.Peskov vurğulayıb.
O qeyd edib ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları olan təyyarə İjevska göndərilib.