SON XƏBƏR

İki ayda 57 min tondan çox meyvə-tərəvəz ixrac edilib

Mart 11
12:54 2018
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 58 milyon 418,59 min ABŞ dolları dəyərində 57 273,12 ton meyvə-tərəvəz ixrac edib

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 19 201,09 ton, məbləğ baxımından illik nisbətdə 19 milyon 697,32 min dollar çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycandan xarici ölkələrə 38 milyon 718,27 min dollar dəyərində 38 072,03 ton meyvə-tərəvəz ixrac edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook