SON XƏBƏR

İki ayda Azərbaycan banklarının xalis mənfəəti 210 mln. manata çatıb

Mart 29
15:16 2024
2024-cü ilin yanvar – fevral aylarında Azərbaycan bankları 209.8 mln. manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə 35% çoxdur.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu dövrdə sektor 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib. Cari ilin 2 ayında banklar tərəfindən ümumilikdə 48.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook