İki general, üç polkovnik işdən çıxarıldı - FOTO
Avqust 01
11:02
2023
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində beş Baş İdarənin rəisi sərəncama göndərilib. Onlardan ikisi generaldır.
Qlobal.az "gununsesi.info"-ya istinadla bildirir ki, bunlar Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyevdir.
Onlarla yanaşı Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev də sərəncama göndərilib.
Qeyd edək ki, bir neçə ay əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bu quruma rəis təyin olunub.