İki klub rəsmən Azərbaycan çempionatından imtina etdi
Sentyabr 22
17:50
2020
Peşəkar Futbol Liqası I divizionda yeni mövsümün başlanacağı tarixi açıqlayıb.
Bu dəfə yarışa 10 komanda qoşulacaq. Bunlardan beşi Premyer Liqada mübarizə aparan klubların əvəzediciləridi. Qalan 5 komanda isə MOİK, "Qaradağ Lökbatan”, "Turan Tovuz”, "Zaqatala” və "Kəpəz”dir.
"Qəbələ”nin əvəzediciləri ilk gündən I diviziona qatılmaqdan imtina etmişdilərsə, "Zirə-2” və "Səbail-2”nin yarış iştirakçıları arasında olmaması yenilikdi. Bu həm də o deməkdi ki, yeni mövsümdən bu iki elita təmsilçisinin əvəzedici komandası fəaliyyət göstərməyəcək.
Xatırladaq ki, hələ bir müddət əvvəl bununla bağlı məlumatlar paylaşıb, "Zirə-2” və "Səbail-2” komandalarının dağıldığını yazmışdıq. PFL-in elan etdiyi siyahıdı bu komandaların adının olmaması həmin məlumatların rəsmiləşməsi deməkdir.
Qlobal.az sport7.az-a istinadən xəbər verir ki, divizionda mübarizə oktyabrın 1-dən başlayacaq.