SON XƏBƏR

İki kommunist terrorçu Türkiyə parlamentinin binasına girməyə cəhd göstərdi

May 15
11:03 2019
Türkiyədə parlamentin binasına daxil olmaq istəyən 2 terrorçu saxlanılıb.

"İhlas” xəbər verir ki, bir qadın və bir kişi parlamentin binasına gələrək Cümhuriyyət Xalq Partiyasının deputatı Mahmut Tanalın onları qəbul edəcəyini bildiriblər.

Təhlükəzislik qüvvələri sözügedən şəxslərdən şübhələnib üzərlərini yoxlamaq istiyiblər. Lakin terrorçular üzərlərində olan karandaşın ucuna bərkidilmiş ülgüclə bir nəfəri girov götürməyə çalışıblar. Mühafizəçilər dərhal bunun qarşısını alıblar.

Saxlanılan şəxslərin "İnqilabçı Xalq Azadlıq Partiyası – Cəbhə" (DHKP-C) terror təşkilatı ilə əlaqəlirinin olduğu qeyd edilir.

DHKP-C - sol radikal marksist-leninçilər partiyasıdır. Komunist-yaraqlılar 2013-cü ildə Hatay vilayətində terror aktları həyata keçiriblər. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook