İlham Əliyev: “Böhranın səbəbkarı Mərkəzi Bankdır”
Sentyabr 28
13:22
2016
"Azərbaycanda bankların lisenziyasının ləğv edilməsinin və maliyyə böhranının yaranmasının əsas səbəbkarı Mərkəzi Bankdır”
Modern.az-ın xəbərinə görə, bunu deputat İlham Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Mərkəzi Bank haqqında” qanuna dəyişikliklər məsələsi müzakirə olunan zaman deyib.
Deputat bildirib ki, Mərkəzi Bankın zamanında maliyyə bazarında baş verəcək proseslər proqnozlaşdırılmayıb:"Maliyyə bazarında yaranan problem zamanı bankların lisenziyanın ləğv edilməsi nəticəsində isə ancaq insanlar əziyyət çəkir. Bir də görürsən ki, hansısa banka etimad göstərilir və əhali başlayır orada əmanət yerləşdirməyə. Amma bir müddət keçəndən sonra həmən bankın lisenziyası yenidən ləğv edilir və bu zaman əziyyət çəkən yenə vətəndaş olur”.
İlham Əliyev vurğulayıb ki, Mərkəzi Bank hələ də mütəmadi olaraq banklarda genişmiqyaslı yoxlama aparır: "Ancaq maliyyə bazarında yaranacaq problemlə bağlı vəziyyəti əvvəlcədən proqnozlaşdırmırlar. Problem yaranan kimi də, Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi bankların lisenziyasını ləğv edir. Bu çıxış yolu deyil və bu yaranmış duruma görə Mərkəzi Bank məsuliyyət daşıyır. Çünki Mərkəzi Bank hadisələri əvvəlcədən proqnozlaşdırmalı və preventiv tədbirlər görməlidir ki, bundan nə banklar, nə də vətəndaşlar əziyyət çəksin”.
Qeyd edək ki, deputat İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.

Qlobal.az