İlham Əliyev Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
Oktyabr 20
12:03
2023
Prezident İlham Əliyev Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
"Report"un xəbərinə görə, müraciətin mətnini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.