İlham Əliyevin bu xəbərdarlığından dünya vaxtında nəticə çıxarmalıdır - Politoloq
Mart 09
14:22
2024
"Azərbaycan Prezidentinin bu xəbərdarlığından dünya vaxtında nəticə çıxarmalıdır. Əks halda yaxın illərdə vəziyyət daha da ağırlaşacaq və çox ciddi təhlükələr meydana çıxacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamenti və AŞ PA-nın islamofobiyanı təşviq edən platformaya çevrildiyi barədə Bakıdakı "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfrans iştirakçılarına məktubunda yer alan fikirlərini şərh edərkən deyib.
"İslam dini və ona inananlara qarşı düşmənçilik təbliğatı, təəssüf ki, bir sıra Qərb ölkələri və onların nəzarətindəki beynəlxalq təşkilatlarda geniş yayılıb. Bununla cəmiyyətə belə bir fikir təlqin etməyə çalışırlar ki, İslam dininə inananlar, müsəlmanlar guya terrora meyillidir və əksəriyyəti terrorçudur. Hətta dinin özünü belə terror dini kimi təlqin etməyə çalışanlar da Qərbdə kifayət qədərdir. Bu təbliğatı özlərinin demokratik adlandıran dövlətlər, onların üzvü olduğu beynəlxalq təşkilatlar aparır. Onun nəticəsidir ki, bir sıra Qərb ölkələrində İslam dini və müsəlmanlara qarşı dözümsüzlük və nifrət mövcuddur. Qərb ölkələrində müsəlmanlar özlərini daim narahat və təhlükə altında hiss edirlər. Azərbaycan Prezidenti də bu məqama diqqəti yönəldərək, onun nə qədər təhlükəli tendensiya olduğunu bütün dünyanın diqqətinə çatdıraraq, belə təbliğatdan imtina edilməsinin vacibliyini vurğulayıb", deyə Abutalıb Səmədov bildirib.
Həmsöhbətimiz qeyd edib ki, İslam abidələri, dinimizin təbliğ olunduğu obyektlərə qarşı hörmətsizlik, onların təhqir olunması halları da dünya tərəfindən lənətlənməlidir:
"Ermənistan işğal dövründə məscidlərimizi donuz fermalarına çevirmişdi. Buna nə demokratik Qərb, nə də İslam dininin qızğın müdafiəçisi olan bəzi dövlətlər münasibət bildirmədi. Azərbaycan Prezidentinin bu xəbərdarlığından dünyanın vaxtında nəticə çıxarmasına ehtiyac var".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda özlərini demokratik adlandıran bəzi Qərb təsisatlarının da anti-İslam fəaliyyəti həyata keçirdiklərini diqqətə çatdırıb.
Məktubda qeyd olunub ki, bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilib.
Hazırkı mənfi tendensiya bəzi qlobal media qurumlarının fəaliyyətində də özünü büruzə verir.