SON XƏBƏR

İlham Şaban benzinin ucuzlaşacağı xəbərinə aydınlıq gətirdi

Avqust 18
10:25 2016
Son günlər bir sıra media orqanlarında benzinin ucuzlaşacağı xəbərinə iqtisadçı ekspert İlham Şaban münasibət bildirib. Ekspertin şəxsi facebook səhifəsində yazdığı statusu təqdim edirik: 
 
Hökumət idxal aksiz dərəcələrinə yenidən baxıb və konkret desək, Ai-92 markalı benzinin 1 tonu üçün 200 AZN-dən 1 AZN-ə endirilib rüsüm. Bu, o deməkdirmi ki, benzindoldurma stansiyalarında Ai-92 markalı yanacağın qiyməti aşağı düşəcək? Əvvəla, bunu düşünənlər onu nəzərə almalıydılar ki, Ai-92 ölkəyə idxal olunmurdu ki, indi də Nazirlər Kabinetinin bu qərarından sonra qiymətə təsir edəcək bir amil ortaya çıxsın. İkincisi, Nazirlər Kabinetinin qərarı limitlidir, yəni60 gün ərzində qüvvədədir, yəni 15 oktyabrda qüvvədən düşəcək. Ücüncüsü, sadə bir məntiq var, əgər bu marka benzin yerli istehsaldırsa və hökumət də onun idxalı ilə bağlı stimullaşdırıcı, ancaq zaman məhdudiyyəti qoyulan bir qərar verirsə, demək bu, istehsal müəssisəsi ilə bağlı məsələdir. 
 
Bəli, dünyadakı hər bir neftayırma zavodu ildə bir dəfə təmirə dayanır, istər Bakıda olsun, istər Təbrizdə, istərsə də Texasda. Çünki bunu texnoloji proseslər tələb edir. Sadəcə, hazırkı cari təmir işlərinin masştabı böyükdür və rezervuarlarda yığılan neft məhsulları ehtiyatları bu müddətdə ölkənin daxili tələbatını ödəməyə yetərli olmayacaq. 
 
Bu baxımdan, Hökumət idxaldan gələn vergini minimuma endirməklə, daxili bazarda qiymətlərin stabil qalmasına şərait yaradıb. Başqa sözlə, aksiz vergisindən dövlət büdcəsinə çatacaq vəsaitdən idxal dövründə imtina edib (əslində büdcə onsuz da bu vəsaiti almırdı, çünki idxal yox idi).
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook