SON XƏBƏR

“İlhamə Quliyeva dedi, arvadını öldür, dalında durmuşam”

Noyabr 01
12:19 2016
Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə Mehriban Hüseynovun əri Tofiq Hüseynov ifadə verib.

O, istintaqa verdiyi ifadəni təsdiqləyib. Şahid qeyd edib ki, İlhamə Quliyeva, oğulluğu Orxan və dostu onun evinə basqın edib: "İlhamə dirəndi ki, mənə pul ver. Mehriban mənim evimdən pul, şuba oğurlayıb".
 
Şahid bildirib ki,  İlhamə Quliyeva dəfələrlə ona zəng vurub: "Deyirdi ki, Mehriban məni öldürüb malımı-pulumu ələ keçirmək istəyir: "İlhamə sifariş verdi ki, arvadını öldür arxanda durmuşam".
 
Proses noyabrın 8-də davam edəcək.
 
Mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.
 
İlhamə Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook