SON XƏBƏR

İlhamə Quliyeva prokurorluğa çağırıldı - Ayaqları tutuldu

Fevral 11
12:22 2016
Müğənni İlhamə Quliyeva prokurorluğa çağırılıb. Qaynar.info musavat.com-a istinadən bildirir ki, fevralın 10-da baş tutan dindirmə zamanı İlhamə Quliyeva çox çətin suallara cavab verməli olub.
 
Redaksiyamıza daxil olan məlumata görə, Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. Elə bu səbəbdən də müğənni çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Onun vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror onun öz evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb. Dindirmənin deputat Çingiz Qənizadənin müvafiq qurumlara müraciətindən sonra başlanmış araşdırmalar çərçivəsində baş tutduğu iddia olunur.
 
Belə görünür ki, İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanı məhbəsə göndərməsi son nəticədə özünü də çıxılmaz duruma salıb.
 
 
Yada salaq ki, Mehriban Hüseynova məhbəsdən "Yeni Müsavat"a son dərəcə ilginc məlumatlarla zəngin məktub yollayıb. Məktubda müğənni Nazpəri Dostəliyevadan şantajla 25 min manat alınması, Mehriban Hüseynovanın özünün bıçaqlanması, döyülərək şərəf və ləyaqətinin alçaldılması, zorlanma hədəsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi, qətl sifariş etmə, ictimai xadimin barəsində son dərəcə təhqiramiz ifadələrin işlədilməsi ilə bağlı iddialar var.
 
Məktubdan sitat: "Əslində, İlhamənin ekrana çıxıb mənim xalqım, mənim dövlətim, mənim kimim... və s. deməsi yalan və süni sözlərdir. Çünki evdə dövlətimizin mötəbər, yüksək xanımlarını televiziyada görəndə onları söyür, haqlarında nalayiq sözlər işlədirdi. Mən iradımı bildirəndə isə üstümə qışqıraraq "sən səsini kəs! Efirdə deməyimə baxma, məcburam, ondan zəhləm gedir", - deyirdi. İlhamə Quliyevanı yaxından tanıyan hər bir kəs bilir ki, o, özünü nəinki Azərbaycanda, Qafqaz və bütün türk dünyasında ən birinci xanım hesab edir".
 
Yeri gəlmişkən, M.Hüseynova bu məsələ ilə bağlı səs yazısını istintaqa təqdim etdiyini də bildirib. Həmin səs yazısının bir neçə digər ünvanlara da yolladığını açıqlayıb. Məsələyə aydınlıq gətirmək üçün müğənni ilə əlaqə saxladıq. Lakin İ.Quliyeva telefon zəngimizi cavabsız qoydu. Baş Prokurorluğun mətbuat xidmətindən isə sorğumuzu qəbul edib cavablandıracaqlarını bildirdilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook