İlhamənin oğlu jurnalistlərlə od püskürdü
Fevral 25
14:22
2016
Bu gün vəfat etmiş xalq artisti İlhamə Quliyevanının oğlu Orxan Nadirov mərhumun hüzr mərasiminə gəlmiş jurnalistlərə qarşı hörmətsizlik edib, onlarla aqressiv davranıb.
Musavat.com-un reportyorunun İ. Quliyevanın yaşadığı evin önündən verdiyi məlumata görə, jurnalistlərə qışqıran O. Nadirov deyib: "Sizin öləniniz olub? Sizin keçirdiyiniz hislərdən keçirirəm".
"Mənim anam ölüb. Sizsə mənə hörmətlə yanaşmaq əvəzinə, üstümə tökülüşürsüz. Artıq əlinizdən bezmişəm. Əl çəkin, bezdirdiz e lap!"
spiutnik xəbər verir ki, Orxan Nadirov bu sözləri deyəndən sonra uzaqlaşıb.
Onu da qeyd edək ki, mərhumun yaxınları sahə həkiminin xalq artistinin ölümünə dair yazdığı arayışı jurnalistlərə təqdim edib.
Qlobal.az