SON XƏBƏR

İlin birinci yarısında Naftalanda 60-dək ölkədən 4 mindən çox turist dincəlib - FOTOLAR

İyul 18
12:45 2017
Bu ilin birinci yarısında Naftalana şəfa tapmaq və istirahət etmək məqsədilə gələn yerli və xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çox olub.
 
Naftalan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin altı ayı ərzində şəhərdəki turizm və sanatoriya mərkəzlərində 9,5 min turist istirahət edib.
 
İstirahət edənlərin 4012 nəfəri 60-a yaxın xarici ölkədən gələn turistlər olub. Xarici turistlərin sayındakı artım ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz çoxdur.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook