İlin sonuna borcların ÜDM-də payı 20 faizi ötə bilər - İqtisadçı alim
İyun 03
10:19
2020
"Azərbaycan yenidən borclanmaya gedir”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, ilin sonuna borcların ÜDM-də payı 20 faizi ötə bilər:
"Maliyyə Nazirliyinin məlumatına görə, 01 yanvar 2020-ci il tarixi vəziyyətinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9.091,0 milyon ABŞ dolları və ya 2019-cu il üzrə Ümumi Daxili Məhsulun 18,9 faizini təşkil edib. Bu il üçün ümumi dövlət borcuna xidmət xərclərinin məbləği 1.296,3 milyon ABŞ dolları olacaq.
Prezident 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanın xarici dövlət borcu çox aşağı səviyyədədir, 17 faiz ətrafında və bu il üçün xarici dövlət borcunun təxminən 1 faiz azalması proqnozlaşdırılır. Lakin pandemiya dövründə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan prezidenti arasınra aparılan video konfranslarda əsas müzakirə mövzusu yenə də kreditlər olub. Dünən AİB-lə keçirilən konfransda İlham Əliyev bildirib ki, bu bankın Azərbaycana ayırdığı kredit və zəmanətlərin ümumi məbləği 3 milyard ABŞ dollarını ötür. Müzakirələrin gedişindən məlum olur ki, əvvəl verilmiş bəyanatların əksinə olaraq Azərbaycan höküməti yenidən dövlətin xarici borclarını artırmağa çalışır. Bu gedişlə ilin sonuna borcların ÜDM-də payı 20 faizi ötə bilər”.
Qubad İbadoğlu bildirib ki, prezidentinin 2018-ci il 24 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"da borcların azaldılması da hədəf götürülüb:
"Lakin Maliyyə naziri Samir Şərifov qeyd edib ki, xarici dövlət borcunun idarə edilməsi üzrə strategiyamıza müəyyən düzəlişlərin edilməsi məcburiyyətində qalacağıq. Çünki bugünkü strategiya daha çox konservativ idi. Yəni, limit var idi və bu borclanmalar nəzərdə tutulmamışdı. Bununla bağlı təkliflərimizi hazırlayıb, hökumətə, sonra da Prezidentə təqdim edəcəyik. Belə çıxır ki, 2018-ci ilə dair orta və uzun müddət üçün dövlət borcunun idarə edilməsinə dair strategiya özünü heç qısa müddətdə belə doğrultmadı”.