İlon Mask Marsa bir milyon insan göndərməyi planlaşdırır
Aprel 08
06:08
2024
"SpaceX” təşkilatı rəhbəri İlon Maskın çıxış etdiyi böyük təqdimat mərasimi keçirib.
"Report” xəbər verir ki, milyarder "SpaceX”in gələcəyi ilə bağlı fikirlərini, həmçinin Mars planetində məskunlaşma ilə bağlı təxmini planını bölüşüb.
Mask "Starship 3”ün nə vaxt istifadəyə veriləcəyini açıqlamayıb, lakin bunun şirkətə çox az xərclə başa gələcəyini vurğulayıb. Onun sözlərinə görə, əgər "Falcon 1”in buraxılışı indi 10 milyon ABŞ dollarına başa gələcəksə, "Starship 3”ün qiyməti 2-3 milyon dollar olacaq.
"Bunlar demək olar, ağlasığmaz rəqəmlərdir. Heç kim bunun mümkün olacağını düşünmürdü. Üstəlik, qarşıya qoyulan məqsədə çatmaq üçün fizika qanunlarını heç pozmağa da ehtiyac qalmayacaq”, - Mask qeyd edib.
Bundan əlavə, "SpaceX” rəhbəri əlavə edib ki, Marsın mənimsənilməsi şirkətə təxminən 20 ilə başa gələcək. Onun sözlərinə görə, bu müddət ərzində bir milyona yaxın insan qırmızı planetə göndərilə bilər ki, bu da özünü təmin edən müstəmləkə şəhəri yaratmaq üçün kifayətdir.