SON XƏBƏR

İlqar Məmmədov yenidən REAL-ın sədr seçildi

Noyabr 20
11:23 2023
İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) partiyasının Siyasi Komitəsinin sədri seçilib.

Qaynarinfo xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

Siyasətçi qeyd edib ki, partiyada tutduğu vəzifə "Siyasi Komitənin sədri" adlandırılacaq.

"Bundan başqa, 3 il əvvəl qəbul olunan keçmiş Nizamnamədə partiya liderinin maksimum səlahiyyət müddəti üst-üstə 8 il nəzərdə tutulmuşdu. 3 ilin artıq keçdiyini nəzərə alaraq, "əvvəllər partiya sədri olmuş şəxs" üçün müddət məhdudiyyətini yeni Nizamnaməyə "5 il" kimi yazdıq. Yoxsa sonra deyəcəkdilər qanunun təzələnməsindən istifadə edib bunlar öz müddətlərini sıfırladılar. Beləliklə, arada fasilələr olmasa, səlahiyyət müddətim 2028-ci ildə bitir", - o bildirib.

Məlumata görə, iqtisadçı Natiq Cəfərli partiyanın icra katibi təyin olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook