İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevi KRİSTAL-2 İnşaat MMC –yə nə bağlayır
Yanvar 08
10:40
2018
Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə 2007-2011-ci illərdə Dövlət başçısının rəhbərliyi altında
"Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” icra edilmişdir. Strategiyada həmçinin açıq hökumət prinsiplərinin tətbiqi üzrə mühüm tədbirlər müəyyən edilmişdir. Azərbaycan Respublikası düzgün idarəçiliyin, şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin və ən başlıcası isə "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin yerinə yetirilməsi İcra Hakimiyyətlərinin ümdə vəzifəsidir.
İmişli rayon Şahverdli kənd sakini İsmayılov İsmayıl Vəli oğlu işlə təmin olunmaq məqsədilə İmişli RİH-nə müraciət etdikdən sonra başına gələnlərlə bizləri tanış etdikcə gözümüzün önündə canlanan korrupsiya burulğanı az qalır ki, ətraf rayonları da öz ağuşuna alsın.
İşlə təmin olunmaq üçün Rayon İH-nə müraciət edən İsmayıl İsmayılovu Memarlıq və Tikintikinti şöbəsinə göndərirlər. Ondan şəxsiyyət vəsiqəsinin surətini və əlaqə nömrəsi aldıqdan sonra işlə təmin olunacağını vəd edirlər.
İmişli RİH-dən 6-7 ay zəng gözləyən İ.İsmayılov İmişli rayon Məşğulluq Mərkəzinə müraciət edir. Sənədlərini Məşğulluq Mərkəzinə təqdim etmiş şikayətçiyə bildirirlər ki, sən "Kristal-2” İnşaat MMC-də işləyirsən və sənin adına sosial ödənişlər aparılır.
"Kristal-2” İnşaat MMC ilə Vilyam Hacıyevi hansı tellər bağlayır?
Hesabat yığıncaqlarında rayonda aparılan abadlıq və quruculuq işlərindən ağızdolusu danışılan işlərdən olan çoxmənzilli binaların təmiri işlərinin satınalınması tenderinin daimi qalibi "Kristal-2” İnşaat MMC-dir. İmişli Rayon İcra Hakimiyyətinin 2017-ci il üçün "İmişli şəhərində yerləşən çoxmənzilli binaların təmiri işlərininin satınalınması” tenderinin qalibi 898,200 manatla yenə də "Kristal-2” İnşaat MMC oldu.
İmişli rayonunun adı işdə gedib özü işləmək istəməyən sakinlərinin nəzərinə: şəxsiyyət vəziqəsinin surətini İmişli rayon İcra Hakimiyyətinə təqdim edə bilərsiniz. Yerlər məhduddur.
Vilyam Hacıyevin dövründə tenderlər kralına çevrilmiş ikinci təşkilat "ORİEN -E" MMC-dir.
Araz çayının sahilində yerləşən İmişli rayonu Dağ-mədən işləri üçün təbii yataqlara malikdir. Araz çayının sahilboyu və bir çox kənd ərazilərində yerləşən bu yataqlar bəzi işbazlar üçün qazanc mənbəyi olduğu halda əhali üçün baş bəlasına çevrilib. Araz çayının 500 metrlik sahil mühafizə zolağının qeyri-qanuni sümürülməsi barədə İcra hakimiyyətini məlumatlandırmaq istəsək dı cıhdlərimiz nəticəsiz qaldı.
Azərbaycan Respublikası Qanunlarının tələblərini arxa plana keçirib, yazılmamış qanunlarla İmişli rayonunda "qaz vurub, qazan doldurmaq” prinsipi ilə öz işini quran İcra Başçısı Vilyam Hacıyev və Aparatı qanunun kəskin qılıncından niyə qorxmurlar?
İmişli rayon ərazisində baş vermiş kobud qanunun pozuntuları barədə İcra Hakimiyyəti aparatının vəzifəli şəxsləri "mənim səlahiyyətimdə deyil” kəlməsi ilə işlərini bitmiş hesab edib, məsuliyyətdən özlərini kənarlaşdırırlar.
Bu yerdə Vilyam müəllim başda olmaqla İcra Hakimiyyətinin məsul işçilərinə "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 1.5-ci bəndini xatırlatmaq istərdik - Yerli icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədi ilə yaradılan aparat, inzibati ərazi dairələri üzrə nümayəndəliklər, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, yerli icra hakimiyyəti başçısının yanında olan dövlət büdcəsindən maliyyələşən qurumlar (bundan sonra - yanında olan qurumlar), tabeliyində olan dövlətə məxsus hüquqi şəxslər (bundan sonra - tabeliyində olan hüquqi şəxslər) və mərkəzi icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti istisna olmaqla) və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin şəhər, rayon və şəhər rayonu qurumları, habelə mərkəzi icra hakimiyyəti orqanlarının sisteminə daxil olan və fəaliyyəti yalnız müvafiq inzibati ərazi vahidinin hüdudları ilə məhdudlaşan qurumlar (bundan sonra - mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları) yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. Bu bənddə nəzərdə tutulan mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər.
"ORİEN –E” MMC İmişi-Saatlı, İmişli-Kürdəmir və digər magistral yolların çəkilişləri ilə bağlı tenderlərin də qalibi olub. Məlumatda o da qeyd olunur ki, şirkətin rəhbəri Şükür Aslanov İmişli rayonundan başqa Beyləqan rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin elan etdiyi "Əsaslı təmir işlərinin satın alınması” üçün 525000 manat (2013-cü il), Saatlı rayon İcra Hakimiyyətinin elan etdiyi "Saatlı - Simada-Qarayev kənd avtomobil yolunun yenidən qurulması işlərinin satın alınması” üçün 3500000 (2013 cü il), Saatlı Rayon İcra Hakimiyyətinin elan etdiyi "Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolunun tikinti işlərinin satın alınması” üçün 3000000 manat dəyərində və s. tenderlərin qalibi olub.
Dağ-mədən işlərini, İmişlidə və ətraf rayonlarda yolların çəkilməsi işlərinin ümumi idarəçiliyə götürmüş "ORİEN –E” MMC-nin Holdinq səviyyəsinə yüksəltmiş Şükür Aslanovun əməlləri və əməllərin nəticəsində dövlət büdcəsinə vurulmuş ziyanın miqdarı, çəkilmiş yolların istifadəyə təhvil verilməmiş dağılmasının səbəbləri, çəkiləsi yolun parametrik göstəricilərindən 1cm və ya 1kq azltmaqla nə qədər qazanc götürmək olar və s. barədə tam olaraq araşdırmalarımız başa çatandan sonra ətraflı məlumat verəcəyik.
Başı qohum-əqrabasını məktəb direktoru təyin elətdirmək işlərinə qarışmış RİH Başçısının birinci müavini Səfa Ağayеvin və digər məmurların rayondakı "nüfuzu” və gördüyü işlərlə bağlı növbəti sayımızda daha ətraflı məlumat verəcəyik.
"Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əlaqədar təşkilatlar yazıda göstərilən hüquqpozmalarla bağlı lazımi tədbirləri görəcəklər.
Həmin Qanunun 11-ci madəsinə görə - Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslardan biri də kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlardır...
Araşdırmalarımız davam edir.

Yazıda adları çəkilən hüquqi və fiiziki şəxslərin də mövqeyini dərc etməyə hazırıq.\(sozazadlıgı.org)
Qlobal.az