İmran Xan bəraət alıb
İyun 04
10:46
2024
Pakistanda ölkənin sabiq başnaziri İmran Xan dövlət sirrini açıqlamaq ittihamı ilə 10 il həbs cəzası verilən işdə bəraət alıb.
71 yaşlı sabiq baş nazirin vəkillərinin verdiyi açıqlamaya görə, İslamabad Ali Məhkəməsi Xana bəraət qazandırıb.
Açıqlamada bildirilir ki, eyni işdə təqsirli bilinən sabiq xarici işlər naziri Şah Mahmud Qureşi də bəraət qazanıb.
İmran Xan Pakistanın Vaşinqtondakı səfirinin göndərdiyi məxfi sənədin məzmununu ictimaiyyətə açıqlamaqda və ondan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olunurdu. O və sabiq xarici işlər nazirinin hərəsi 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.