İmran Xan korrupsiyada ittiham olunaraq daha 14 il azadlıqdan məhrum edilib
Yanvar 31
09:54
2024
Pakistanın keçmiş Baş naziri İmran Xan daha 14 il həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, İ.Xan və Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi yanvarın 30-da 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar dövlətə xəyanətdə ittiham olunurlar.
"Report” xəbər verir ki, bu barədə "Dawn” nəşri yazıb.
Bildirilib ki, o və həyat yoldaşı Buşra Bibi korrupsiyada ittiham olunaraq 14 il azadlıqdan məhrum ediliblər.
Onların hər ikisinə 10 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.