Çin “Boeing”dən istifadəyə qadağa qoydu
Mart 11
11:08
2019
Çin Xalq Respublikası Efiopiyada baş verən qəzadan sonra "Boeing 737 Max 8” sərnişin təyyarəsinin istismarına qadağa qoyub.
Virtualaz.org bildirir ki, bu barədə Çin Mülki Aviasiya İdarəsinin saytı məlumat yayıb.
"Bu addım Çində hava reysləinin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb”, - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl "Boeing” şirkəti Efiopiyada baş verən aviaqəzadan sonra yeni modelin təqdimatını təxirə salıb.