SON XƏBƏR

Çin, Hindistan və Rusiya birgə hərbi təlimlər keçirəcək

Avqust 18
10:13 2022
Rusiya ərazisində avqustun 30-dan sentyabrın 5-dək "Vostok-2022” hərbi təlimləri keçiriləcək.

"Report” xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlimdə Çin, Hindistan, Belarus, Tacikistan, Monqolustan, Rusiya və digər ölkələrin hərbçiləri iştirak edəcəklər.

"Çin tərəfi iştirakçı ölkələrin silahlı qüvvələri ilə praqmatik, mehriban əməkdaşlığı dərinləşdirmək, bütün tərəflər arasında strateji koordinasiya səviyyəsini artırmaq və müxtəlif təhlükəsizlik təhdidlərinə qarşı durma qabiliyyətini yüksəltmək məqsədilə bu təlimdə iştirak etmək üçün şəxsi heyət göndərib” ,- deyə açıqlamada qeyd olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook